YAP Səbail rayon Qadınlar Məclisi “Heydər Əliyevin Elmi İrsi” mövzusunda elmi-praktiki konfrans keçirib
Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Qadınlar Məclisi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyevin Elmi İrsi" mövzusunda elmi-praktiki konfrans keçirib. SİA-nın məlumatına görə, YAP Səbail rayon təşkilatının Qadınlar Məclisinin üzvləri ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Məclis üzvləri sonra Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik, Əməkdar Elm Xadimi Zərifə xanım Əliyevanın məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra YAP Səbail rayon Qadınlar Məclisinin üzvlərinin iştirakı ilə "Heydər Əliyevin Elmi İrsi" mövzusununda elmi-praktiki konfrans öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açan YAP Səbail rayon Qadınlar Məclisinin sədri Nübar Muxtarova bildirib ki, türk xalqının böyük oğlu Ulu öndər Heydər Əliyevin adı öz vətənpərvərliyi ilə tariximizə qızıl hərflərlə yazılıb.
Daha sonra çıxış edən millət vəkili Sədaqət Qəhramanova Ulu öndərin həyat və fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verdi.
Konfransda Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan gənc xanımlara partiyanın vəsiqələri təqdim olunub. Konfrans Bakı şəhər 189 N-li tam orta məktəb və Bülbül adına musiqi məktəbinin şagirdlərinin ifasında bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB