Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə İsa Qəmbərin bu il prezident olacağı ilə bağlı bəyanatına münasibət bildirib. A. Əlizadə bildirib ki, nadan insan həmişə özünə çox arxayın olur: "O özü də başa düşmür ki, nə qədər nadanlıq edir. Sanki ondan ağıllı və güclü insan yoxdur. Belə düşünmək isə sadəcə nadanlara məxsusdur".
SDP-nın sədri onu da qeyd etdi ki, əvvəlcədən özünü hər kəsdən güclü hesab edərək bu cür danışmaq yersizdir. Bunu ancaq xəstə təxəyüllü insan deyə bilər.
A. Əlizadə radikal müxalifətin yaratdığı "Milli Şura" ilə bağlı da konkret fikir bildirib: "Bunun heç bir əhəmiyyəti yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə