Nazir müavini 50-ci sessiyada çıxış edəcək

Nazir müavini 50-ci sessiyada çıxış edəcək

Bu gündən başlayaraq mayın 3-dək İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun 16-cı və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 50-ci sessiyaları keçiriləcək. Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib. Sözügedən sessiyalarda Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edəcək. Həmçinin, tədbirlərdə nazir müavini Xələf Xələfovun çıxışları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə