Azərbaycanlı tələbənin xəsarət alması faktı araşdırılır

Azərbaycanlı tələbənin xəsarət alması faktı araşdırılır

Azərbaycanın Türkiyədəki səfirliyi Anadolu Universitetində tələbələr arasında baş verən kütləvi davada azərbaycanlı tələbənin xəsarət alması məsələsini araşdırır. Azərbaycanın Türkiyədəki səfirliyindən SİA-ya verilən məlumata görə, hadisə zamanı xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı hazırda dəqiqləşdirilir.

Qeyd edək ki, Türkiyə mətbuatı hadisənin milli zəmində baş verdiyini yazıb. Belə ki, PKK terror təşkilatının tərəfdarı olan bir qrup tələbənin "Kürdüstanda türklərə və faşizmə yer yox, Kürdüstandan türkləri və faşizmi qovacağıq"’ şüarı ilə "Türk Dünyası" təşkilatının üzvü olan tələbələrin üzərinə hücum edib. Hadisə zamanı 13 nəfərin xəsarət aldığı və onların arasında Musa Əliyev adlı azərbaycanlı tələbənin də olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə