Səfir: "Azərbaycanı Fars körfəzi ilə birləşdirən dəmir yol xəttinin qurulması əhəmiyyətlidir"
"Azərbaycanı Fars körfəzi ilə birləşdirən dəmir yol xəttinin qurulması əhəmiyyətli layihədir". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin deyib.
İran səfiri bildirib ki, İranla Azərbaycan arasında turizm sahəsindəki əməkdaşlıq davam edir: "Xüsusilə müalicə məqsədilə ölkəyə gələn turistlərin sayı daha çoxdur. Bizim hesablamlara görə, ilin sonuna kimi 1 milyon Azərbaycan vətəndaşı İrana səfər edəcək. Bu səfər həm səhiyyə, həm ziyarət, həm də turizim məqsədi daşıyır". İranlı səfirin sözlərinə görə, gömrük keçid məntəqələrinin fəaliyyəti də 12 saata qədər artırılıb.
İran rəsmilərinin yaxın vaxtlarda Azərbaycana səfərinin gözlənilməsinə gəlincə isə səfir bildirib ki, bu səfərin baş tutub, tutmaması İranda keçiriləcək prezident seçkilərdən sonra bilinəcək. O, qeyd edib ki, təxminən 1 ay yarımdan sonra İranda seçkilər keçiriləcək.
Mətbuatda Suriya məsələsində Azərbaycanla İran arasında fikir ayrılığının olması məsələsinə münasibət bildirən səfir vurğulayıb ki, mənim bildiyim qədər Azərbaycan ilə İran rəsmilərinin bu məsələdə mövqeləri çox yaxındır: "Hər iki ölkə Suriyadakı daxili çəkişmələrin dinc yolla həll olunmasına tərəfdardır. Bizim ölkələr inanır ki, Suriya məsələsi hərb yolu ilə həll olunası məsələ deyil. Bu sahədə də tərəflərin fikri üst-üstə düşür".
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB