Əliməmməd Nuriyev: “Hesabat qərəzlik notları üzərində hazırlanıb” AÇIQLAMA
"Ümumiyyətlə, ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hazırladığı növbəti qərəzli hesabat heç bir çərçivəyə sığmır". Bunu SİA-ya "Konstitusiya" Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirib.
Fond sədrinin sözlərinə görə, bunlar Azərbaycanda insan hüquq və azadlıqları qorunmadığını, işgəncələrin hökm sürdüyünü, jurnalistlər döyüldüyünü iddia edirlər: "Axı necə ola bilər ki, bu insanlar ölkəmizdə olan işgəncələri görməyə-görməyə bu haqda hesabat dərc etsinlər? Əslində heç bu proses baş verməyib. Düzdür, ölkəmizdə qismən də olsa insan haqlarının pozulması ilə bağlı faktlara rast gəlinir, amma bu o demək deyil ki, həmin pozuntular kütləvi hal alıb. Hesab edirəm ki, bu kimi məsələlərə diqqətlə yanaşılmalıdır. Düşünürəm ki, burada bütün maraqlı tərəflərin, eləcə də bu istiqamətdə çalışan hüquq-müdafiə təşkilatlarının mövqelərinin öyrənilməsi daha doğru olardı. Belə olan halda onların irəli sürdüyü fikirlər və təkliflər də bu problemlərin həllinə gələcəkdə yardım edə bilərdi. Hesabata diqqət yetirdikdə aydın görünür ki, bu qərəzlik notları üzərində hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB