Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini Əli Əhmədovun YAP Səbayıl rayon təşkilatında ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, hakim partiyanın Səbayıl rayon təşkilatının sədri Zahid Qaralov və digər qonaqlar iştirak edib.
YAP-ın Sədr müavini Əli Əhmədov hakim partiyanın fəalları ilə görüşündə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrdən və son on ildə qazanılan uğurlardan danışıb: "20 il ərzində YAP ölkəmizin ictimai-siyasi həyatında önəmli yerlərdən birini tutub və öz mövqeyini daim qoruyub, saxlayıb. Beləcə ölkəmizin əldə olunan nailiyyətlərində hakim partiyanın xidmətləri misilsizdir. Ölkəmizdə həyata keçirilən məqsədyönlu tədbirlər nəticəsində əhalinin həyat şəraiti ilbəil yaxşılaşır. Bütün bunlar Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
İcra katibi Əli Əhmədov həmçinin çıxışında bu il keçiriləcək prezident seçkilərində YAP üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü, onların hamısının yekdilliklə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib: "Məhz İlham Əliyevin prezident kimi 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tuta bilib. Bu dövrdə bütün sahələrdə dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb. Növbəti 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müsbət dəyişiliklər baş verəcək".
Qeyd edək ki, tədbir daha sonara KİV- lərin istirakı olmadan davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB