Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədovun YAP Səbail rayon təşkilatında ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirilib. SİA-nın xəbərinə görə, fəallarla görüşdə YAP-ın icra katibi Əli Əhmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrdən və son on ildə qazanılan uğurlardan danışıb. O, bildirib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlu tədbirlər nəticəsində əhalinin həyat şəraiti ilbəil yaxşılaşır və bütün bunlar Ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İcra katibi Əli Əhmədov həmçinin çıxışında bu il keçiriləcək prezident seçkilərində YAP üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü, onların hamısının yekdilliklə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib: "Məhz İlham Əliyevin prezident kimi 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tuta bilib. Bu dövrdə bütün sahələrdə dinamik inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb. Növbəti 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müsbət dəyişiliklər baş verəcək".
Qeyd edək ki, tədbir daha sonara KİV- lərin istirakı olmadan davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB