ABŞ Prezidenti Barak Obama yenidən erməniləri məyus edib. SİA-nın məlumatına görə, o, 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı ənənəvi müraciətində yenə də "soyqırımı" sözünü işlətməyib.
"Bizim vəzifəmiz həlak olanları unutmamaq və tarixin bu qara səhifələrinin təkrarlanmasına yol verməməkdir", - Obama deyib.
Qeyd edək ki, hər il aprelin 24-də Ermənistan qondarma "erməni soyqırımı"nı qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB