Maliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Maliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Maliyyə Nazirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar aprelin 24-də Heydər Əliyev Fondunda olublar.

AzərTAc xəbər verir ki, qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, qurumun Ümummilli Liderin zəngin irsini öyrənərək təbliğ etdiyi bildirilib. Qeyd olunub ki, Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Maliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa ediblər.

Sonra qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filminə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə