Sədaqət Vəliyeva: “Yeni Azərbaycan” qəzetinin əməkdaşları qəhrəmanlıq nümayiş etdiriblər”
"20 il ərzində "Yeni Azərbaycan" qəzeti çox böyük işlərə imza atıb. Sözü gedən qəzet dövlətin, dövlətçiliyin təbliğ olunmasında eləcə də ölkəmizdə, respublikamızda yaranan yeni müstəqil demokratik Azərbaycanın uğurlarında böyük rola malik olub". Bunu SİA-ya YAP Nizami rayon təşkilatını sədri, millət vəkili Sədaqət Vəliyeva "Yeni Azərbaycan" qəzetinin 20 illik fəaliyyətinə münasibət bildirərkən söyləyib.
Millət vəkilinin sözlərinə görə, hər kəsə də məlum olduğu kimi qəzet çox çətin dövrlərdə yaranıb: "Belə ki heç nədən qorxmadan, çəkinmədən daima irəliyə doğru baxan qəzetin əməkdaşları fəallıq nümayiş etdirərək, öz bilik və bacarıqlarını ortaya qoyublar. Həmin dövrdə qəzet çıxarmaq çox çətin idi. Beləcə qəzetin əməkdaşları əsl qəhrəmanlıq nümayiş etdiriblər. "Yeni Azərbaycan" qəzeti 20 il ərzində özünün dəqiq, düzgün informasiyaları ilə daim öndə olub. İnanırıq ki, adı çəkilən bu qəzet respublikamızın gələcək həyatında, müstəqil, demokratik gələcək inkişafında da prezidentimizin fəaliyyəti və dövlətçiliyimizə olan inamı ilə seçiləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB