Arif Rəhimzadə: “Müxalifət böyük səhvə yol verir” AÇIQLAMA

Arif Rəhimzadə: “Müxalifət böyük səhvə yol verir” AÇIQLAMA

""Yeni Azərbaycan" qəzeti bir mətbu orqan kimi hadisələri obyektiv işıqlandırmaqla artıq Azərbaycanda öz sözünü deyib". Bunu SİA-ya millət vəkili Arif Rəhimzadə "Yeni Azərbaycan" qəzetinin 20 illik fəaliyyətinə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, bu illər ərzində adı çəkilən qəzet Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir amilə çevrilib: "Mən "Yeni Azərbaycan" qəzetinin 20 illik fəaliyyətini çox yüksək qiymətləndirirəm".

Bu arada deputat A.Rəhimzadə, aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bakı şöbələrinin iştirakı ilə keçirilən müşavirəsinə və həmin müşavirədə Əli Kərimlinin müxalifətçi həmkarlarına "imtina" çağırışı ilə bağlı fikirlərinə də aydınlıq gətirib: "Əgər müxalifət nümayəndələri öz fəaliyyətini iqtidarın fəaliyyəti ilə eyniləşdirilərsə çox böyük səhvə yol verirlər. Hər kəsə də məlumdur ki, o dövrlərdə hakimiyyətdə səriştəsiz, siyasətdən uzaq adamlar toplanmışdı. İndiki professional komanda ilə onların fəaliyyətini müqayisə etmək heç cürə düzgün olmazdı", - deyə, millət vəkili sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə