Prezident İlham Əliyev "Yeni Azərbaycan" qəzetini 20 illik yubileyi münasibəti ilə təbrik edib
Ölkə Prezidenti İlham Əliyev "Yeni Azərbaycan" qəzetini 20 illik yubileyi münasibəti ilə təbrik edib. SİA-nın verdiyi xəbərə görə, təbrik məktubunu bu gün qəzetin 20 illiyi ilə bağlı keçirilən tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Yeni Azərbaycan qəzetinin kollektivinə:
Əziz dostlar!
Sizi "Yeni Azərbaycan" qəzetiin 20 illik yubleyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
"Yeni Azərbaycan" qəzeti 1993-cü ilin aprelində - dövlətimiz üçün taleyüklü bir vaxtda Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Ermənistanın hərbi təcəvüzü, ölkə daxilində dərinləşən iqtisadi, sosial və siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və s. kimi neqativ proseslər həmin dövrdə Azərbaycanın müstəqilliyini ciddi sınaqlarla üz-üzə qoymuşdur. Yalnız xalqımızın təkidli tələbi ilə, yenidən hakimiyyətə qayıdan Ümumilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində Respublikanın suverenliyi və milli dövlətçiliyi xilas edilmiş, ölkə sabit və davamlı inkişaf yoluna çıxmışdır. Belə mürəkkəb şəraitdə "Yeni Azərbaycan" qəzeti həm prezident Heydər Əliyevin ideyalarını, həm də hakim Yeni Azərbaycan Partiyasının siyasi xəttini ardıcıl şəkildə təbliğ etmiş, cəmiyyətin aktual problemlərini qətiyyətlə ictimai müzakirəyə çıxarmış, vətənpərvər ziyalıların, demokratik düşüncəli insanların dialoq platformasına çevrimişdir. "Yeni Azərbaycan" qəzeti keçən 20 ildə daim öz prinsipial mövqeyinə sadiq qalmış, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etmiş, əsl vətənpərvərlik və təəssüfkeşlik nümunəsi göstərmişdir.
Bu gün özünün sosial-iqtisadi tərəqqi dövrünü yaşayan Azərbaycanda müasirləşmə prossesi geniş vüssət almış, ölkəmiz beynəlxalq birliyin fəal üzvü kimi nüfuz qazanmışdır. Qloballaşma dövrünün çağırışları və ölkəmizin müasir inkişaf tələbləri müstəqillik dövlətçilik ideyalarının yorulmaz daşıyıcısı olan "Yeni Azərbaycan" qəzetinin qarşısında da mühüm vəzifələr qoyur. Hakim və ümumxalq Partiyasının rəsmi orqanı kimi, "Yeni Azərbaycan" qəzeti Respublikada demokratik cəmiyyət quruculuğuna, vətəndaş həmrəyliyinin güclənməsinə, siyasi mədəniyyətin inkişafına, milli mənəvi dəyərlərin təbliğinə öz sanballı töhfəsini verir.
Əminəm ki, qəzetin kollektivi qarşıda duran vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və xalqımızın müqəddəs amallarına, ölkəmizin hər tərəfli inkişafına şərəflə xidmət göstərəcək. Bu yolda bütün "yeni azərbaycançılara" uğurlar arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB