Bahar Muradova: "Obyektiv olmayan tənqidə fikir bildiririk"

Bahar Muradova: "Obyektiv olmayan tənqidə fikir bildiririk"

"Azərbaycan haqqında obyektiv olmayan tənqidə hər zaman fikir bildiririk. SİA-nın verdiyi xəbərə görə, bunu Milli Məclisin Vitse-spikeri Bahar Muradova jurnalistlərə verdiyi açıqlamada deyib.

O bildirib ki, ABŞ Dövlət Departamentinin və ya digər təşkilatların Azərbaycanla birtərəfli mövqe səsləndirməsinin hər zaman əleyhinə olub: "Ona görə də, özlüyündə tənqidi yanaşma, Azərbaycanda bu və ya digər məsələnin tənqid olunması narahatedici məqam deyil. Bizi narahat edən obyektiv yanaşmanın az olmasıdır. Bu və ya digər məsələlərin şişirdilərək konteksdən çıxarılması və ona başqa maraqlar yönündən qiymət verilməsinə qarşıyıq".

Vitse-spiker ölkə daxilində baş verən digər məsələləri ictimai vəziyyətlə əlaqələndirib: "Obyektiv olan tənqidə biz hər zaman hazırıq. Amma əks halla qarşılaşdıqda fikirlərimizi açıq formada ifadə edir, tənqidin qeyri-obyektiv olduğunu da bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə