Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən "Qaçqınlar, sığınacaq axtaran şəxslər və vətəndaşlığı olmayan şəxslərlə bağlı qanunvericilik" adlı normativ-hüquqi sənədlər toplusu çap edilib. AHK-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə , kitab Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə nəşr olunub. Bu vəsaitin nəşr olunmasında əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasına ictimai dəstəyin təmin olunması, insan hüquq və əsas azadlıqlarının ayrılmaz tərkib hissəsi olan qaçqınların, miqrantların, sığınacaq axtaran şəxslərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının daha da səmərəli müdafiəsi mexanizmlərinə nəzəri yardım etməkdir.
Toplunun məsləhətçiləri Hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli,İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Çingiz Əsgərov və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin Hüquq şöbəsinin müdür müavini Bela İsmayılovadır. Nəşrə məsul şəxs Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Kamal Cəfərovdur.
Qeyd edək ki, toplu hüquqşünaslar, hüquq mühafizə orqanları əməkdaşları, hakimlər, tələbələr və o cümlədən Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri üçün faydalı hesab edilib. Tirajı 500 ədəd olan kitab pulsuz paylanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB