Fuad Muradov: “Yayım Şurasının fəaliyyəti tam şəffadır”

"Heydər Əliyev Fondunun tədbirləri İTV-nin beynəlxalq əhəmiyyətinin artırılmasında böyük rol oynayıb"
Fuad Muradov: “Yayım Şurasının fəaliyyəti tam şəffadır”

"İctimai Televiziyanın Yayım Şurasının fəaliyyəti tam şəffadır. Yayım Şurasının üzvləri könüllük əsasında fəaliyyət göstərir". Bu sözləri Milli Məclisin deputatı, İTV Yayım Şurasının üzvü Fuad Muradov parlamentin bugünkü iclasındakı çıxışı zamanı bildirib.

"Biz əvvəlcədən də bu fikirdə olmuşuq ki, vətənpərvərliklə bağlı mövzular İTVdə daha çox yer alsın. Biz dünən İTV-nin Yayım Şurasının üzvləri ilə görüşdük. Parlamentdə səslənən fikirlər mənim üçün çox maraqlıdır. Yayım Şurasının fəaliyyəti tam şəffadır. Milli Məclisdə qaldırılan məsələri nəzərə alacağıq", - deyə deputat qeyd edib.

Fuad Muradovun sözlərinə görə, Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin İTV vasitəsi ilə yayımlanması telekanalın beynəlxalq əhəmiyyətinin artırılmasında böyük rol oynayıb.

Bununla yanaşı F.Muradov ölkədə telekanalların informasiya fəaliyyətində müəyyən problemlərin olmasını istisna etməyib. "Qeyd etməliyəm ki, ölkədə kütləvi təbliğatın ünvana çatdırılmasında müəyyən problemlər var. Azərbaycanda televiziyalar dövlət və özəl sahibkarlar tərəfindən maliyyələşir. Amma bunun fərqi yoxdur. Üzləşdikləri problemlər eynidir", - deyə deputat vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə