Zahid Oruc: “Bütün sərhəd məkanı bilavasitə dövlətin nəzarətindədir”

Zahid Oruc: “Bütün sərhəd məkanı bilavasitə dövlətin nəzarətindədir”

"Bu qanundan irəli gələn vəzifələr hökumətin təxminən iki ay bundan öncə qəbul etdiyi əlavə qaydalar haqqında sənədlə də möhkəmləndirilib". Bunu SİA-ya millət vəkili Zahid Oruc Azərbaycan Milli Məclisində Xocalı aeroportu ilə bağlı qanunun olub-olmamasına aydınlıq gətirərkən deyib.

Z.Oruc deyib ki, həmin qanunda əksini tapan müddəalardan birincisi, sərhəd zolağı boyunca 25 km enində xüsusi nəzarət edilən zonaların elan olunmasıdır: "Bu o deməkdir ki, bütün sərhəd məkanı bilavasitə dövlətin nəzarətindədir. Belə uçuşlar sərhədi əhatə edir. İkincisi isə orada qeyd olunub ki, xüsusi RLS qurğuları fiksasiya olunmuş hər hansı uçan obyekti dərhal məlumat bazasına ötürür və ona adekvat, dövlətin sərhəd qoşunları, hava hücumlarından müdafiə sistemində və s. istehsal edilir. Üçüncüsü, Azərbaycanın ayrı-ayrı bölgələri qadağan olunmuş və ya xüsusi məhdudiyyətlər tətbiq edilən zonalar elan edilir. İndiki halda isə bunun Dağlıq Qarabağ olduğu heç kimə sirr deyil. Sonuncu isə əgər bütün bunların fonunda hər hansı bir obyektin zərərsizləşdirilməsi məsələləri meydana çıxarsa, bu zaman radioelektron qurğular vasitəsilə onun endirilməsi, qırıcı təyyarələr vasitəsilə onun xəbərdar edilməsi, zərərsizləşdirilməsi məsələləri müvafiq olaraq Azərbaycan dövlətinin səlahiyyətləri daxilindədir. Bütün bunlar beynəlxalq Kioto sazişi, Çikaqo konvensiyası və s. müddəalarına daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə