Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında Çernobıl faciəsinin 27-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Məmmədov, Milli QHT forumunun prezidenti Rauf Zeyni, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli və Çernobıl əlilləri iştirak edib.
Mərasimə Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi və Çernobıl faciəsində həlak olan insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start verilib.
Tədbirdə çıxış edən PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, qəzadan böyük bir müddət keçməsinə baxmayaraq, hələ də onun nəticələri orada iştirak etmiş şəxslərdə və onların ailə üzvlərində özünü biruzə verir: "Bu insanların problemlərinə cəmiyyət həssaslıqla yanaşmalıdır. Çünki heç kim bu cür faciələrdən sığortalanmayıb. Ölkə Prezidentinin sosial yönümlü siyasəti nəticəsində bu qəbildən olan insanlara xüsusi diqqət ayrılır və bu tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək".
Azərbaycan Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov isə qeyd edib ki, 1990-cı ilə qədər bu hadisə ilə bağlı cəmiyyətə informasiya verilmirdi. Bu məxfiliyin nəticəsində çox böyük problemlər baş verib: "Ötən əsrin 90-cı illərinin əvvəllərində Çernobıl əlillərinə qarşı münasibət başqa olub. Müvafiq qanunvericilik aktları, Çernobıl əlillərinin statusunun müəyyənləşməsinə qədər önəmli qərarlar olmayıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin statusu haqqında qanun qəbul olunub. Sonrakı dövrlərdə də Çernobıl əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. 2011-ci ilin aprelin 22-də Azərbaycan prezidentinin fərmanı ilə Çernobıl əlillərinin hər birinə birdəfəlik maddi yardım verilməsi də təqdirəlayiq haldır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Məmmədov öz növbəsində qeyd edib ki, bu gün Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsi gücləndirilir: "Azərbaycanda Çernobıl əlilləri və dünyasını dəyişmiş bu kateqoriyadan olan əlillərinin yaxın qohumları üçün yaşayış binası tikilir. Bundan əlavə, Çernobıl əlillərinə pulsuz avtomobillər verilir".
Daha sonra çıxış edən natiqlər ölkəmizdə Çernobıl əlillərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Əlillər öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə əlillərə hər zaman diqqət və qayğı göstərdiyinə görə, minnətdarlıqlarını bildiriblər.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB