Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Administratorunun Avropa və Avrasiya üzrə müşaviri xanım Aleksander Peyci qəbul edib. SİA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edildi, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB