Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Avronest PA-nın Büro iclasında iştirak etmək üçün Strasburqa gedib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda prosedur qaydalarına baxılacaq, qurumun dörd komitəsinin – İqtisadi, Siyasi, Sosial və Enerji komitələrinin məruzə layihələrinə təklif olunan düzəlişlər ətrafında fikir mübadiləsi aparılacaq. Mayın axırlarında keçiriləcək Brüssel sessiyasının gündəliyi də Büroda müzakirə olunacaq.
Qeyd edək ki, səfər aprelin 18-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB