Azay Quliyev: “Beynəlxalq təşkilatlar gizli proqramları icra etməməlidir”

Azay Quliyev: “Beynəlxalq təşkilatlar gizli proqramları icra etməməlidir”

USAİD-lə anlaşma Memorandumu imzalamaqla bir daha göstərdik ki, biz açıq cəmiyyət qururuq və vətəndaş cəmiyyətin quruculuğunda həm yerli, həm də beynəlxalq tərəfdaşların imkanlarından istifadə etməyə hazırıq. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan açıq və demokratik ölkədir və qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və tətbiq etməkdə maraqlıdır: "Beynəlxalq təşkilatlar və xarici QHT-lər Azərbaycanda fəaliyyət zaman Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına əməl etməli, ölkəmizin maraqları əleyhinə hərəkət etməməli və gizli proqramları icra etməməlidirlər. Belə hallar beynəlxalq əməkdaşlığa olan etimada zərər yetirir".

Bütün xəbərlər Facebook səhifəmizdə