PA rəsmisi: “Dövlət siyasətinin əsas məqsədi vətəndaşların imkanlarını yaxşılaşdırmaqdır”
"Bu gün Azərbaycan dövlətinin gənclər siyasətini həyata keçirən dövlət proqramlarının nəticəsini, real vəziyyəti təhrif etmək birmənalı şəkildə normal hal deyil". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, bütün Azərbaycanın sağlam gəncliyi bunun əleyhinədir: "Lakin bu gün Azərbaycan gəncliyinin bəzi problemləri də var və dövlət proqramları da gəncliyin problemlərinin həlli üçün qəbul olunub. Bunlar məşğulluq, evlə təminat və digər problemlərdir. Azərbaycan dövləti gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ipoteka kreditlərinin alınması prosesini asanlaşdırmaq təşəbbüslərindən istifadə edəcək. Bununla da gənclərin mənzil şəraiti yaxşılaşdırılacaq. Təhsillə bağlı neçə illərdir xüsusi dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncliyi bu gün dövlətin bütün imkanlarından istifadə edir. Dövlət siyasətinin əsas məqsədi vətəndaşların imkanlarını yaxşılaşdırmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB