Seymur Orucov: “Bütün bunlar cənab Prezidentin qətiyyətinin nəticəsidir”

Seymur Orucov: “Bütün bunlar cənab Prezidentin qətiyyətinin nəticəsidir”

Azərbaycanın qurmuş olduğu düzgün iqtisadi siyasətin icrasını tamamilə real həyata keçirir və nəticələri də göz qabağındadır. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, müstəqillik əldə etdikdən sonra Azərbaycan şaxələnmiş iqtisadi-siyasət yürütməyə başlayıb: "Cənab prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı nitqində bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycan dağılmış iqtisadiyyatını və sosialist sistemindən bazar iqtisadiyyatı sisteminə keçid dövründə əsasən enerji sektorunu gücləndirib. Bundan sonra iqtisadiyyatın şaxələndirilməsi baş verdi ki, digər sahələrin də inkişafı buna uyğun olaraq inkişaf etməyə başladı. Azərbaycanda qeyri-neft sektorunun 11.4 % artımı çox böyük nailiyyətdir. Bu, Azərbaycanın qarşıya qoyduğu hədəflər üçün 2020-ci il ÜDM-un iki dəfə artırılacağının işartılarıdır. Artıq bununla bağlı işlər davam edir. Qeyri-neft sektorunun inkişafı üçün cənab Prezidentin qəbul etdiyi qərarlar, tapşırıqlar bu prosesi daha da sürətləndirəcək. Texnologiya parkları və stimullaşdırıcı layihələrlə bu işlər həyata keçiriləcək. Azərbaycanın bütün xidmət sahələrini götürdükdə bu sahələrdə də artım kifayət qədərdir. Azərbaycanın hədəflərindən biri də turizim sektorunun daha da genişləndirilməsi, bu sahəyə daha çox investisiyaların yatırılması və böyük şirkətlərin bura cəlb edilməsi ilə bağlıdır ki, bu sahədə də artıq mühüm addımlar atılır. Ümid edirəm ki, yaxın gələcəkdə daha da böyük nailiyyətlər əldə ediləcək. Bundan başqa neft və qaz ölkələrində təbəqələşmə çox kəskin şəkildədir. Cənab prezident nitqində qeyd etdi ki, Azərbaycanda sosial layihələrin həyata keçirilməsi ilə ölkəmizdə təbəqələşmə minumum həddə endirilib. Azərbaycanın Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırlıması üçün vəsaitlər ayrılır. Artıq hər vətəndaşın problemi ilə dövlət məşğul olur. Bütün bunlar iqtisadi gücün, iqtisadi qüdrətin təzahürüdür. Düzgün neft siyasətinin qurulmasına görə, Azərbaycanda investisiya axını başlayıb. Bundan istifadə edərək qeyri-neft sektorunun inkişafını davam etdiririk. Artıq qeyri-neft sektoru neft sektorunu üstələməkdədir. Bütün bunlar cənab Prezidentin qətiyyətinin nəticəsidir. Cənab Prezidentin gənclərin iş yerləri ilə təmin olunması, digər strukturlarda irəli çəkilməsi ilə bağlı fikirləri bizləri daha çox sevindirir. Ölkə başçısı hər zaman gənclərə dəstək verib. Bu proseslər ulu öndərin zamanından başlayıb. İndi də cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda gənclər siyasəti, gənclərə diqqət və qayğı çox yüksək səviyyədədir. Əmək haqqı, pensiyaların artırılması məsələsi ilə bağlı cənab Prezident dünənki çıxışında fikir söyləyib. Bunun özü Azərbaycan vətəndaşları tərəfindən yeksək qiymətləndirilir. İqtisadiyyatımız böyüdükcə hər zaman cənab prezident əmək haqlarının artırılmasına xüsusi diqqət yetirir. Ümumilikdə görülən işləri analiz etdikdə belə bir nəticə ortaya çıxır ki, istər siyasi, istərsə də iqtisadi cəhətdən Azərbaycan bu gün düzgün yoldadır".

Bütün xəbərlər Facebook səhifəmizdə