Amerikanın dövlət büdcəsində problemlər var

Amerikanın dövlət büdcəsində problemlər var

"Amerikanın Azərbaycana ayırdığı vəsaitin azalması bizim ölkənin büdcəsində yaranan problemlərlə bağlıdır" SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhərində səfərdə olan Amerika Dövlət Departamentinin Cənubi Qafqaz və Regional münaqişələr üzrə struktur bölməsinin rəhbəri Kastin Fridman bildirib.

Onun sözlərinə görə, son illər vergi borclarının yığılmaması nəticə etibarı ilə başqa dövlətlərə yaradımların məbləğinə təsir edib:"Amerikada büdcənin təsdiq edilməsi konqresdə həll olunur. Ancaq onu deyə bilərəm ki, Amerika vətəndaşlarının vergilərə cəlb olunmasında yaranan çatışmamazlıqlar nəticə etibarı ilə bizim ölkənin büdcəsində də müəyyən problemlər yaradır. Bu isə digər dövlətlərə ayrılan vəsaitlərin həcminə təsir edir".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə