Ukraynada Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın xatirəsi yad edilib
ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin əməkdaşları aprelin 15-də Azərbaycanın görkəmli alimi, oftalmoloq Zərifə Əliyevanın xatirəsini yad ediblər. Bu barədə SİA-ya ARDNŞ-ın mətbuat xidmətindən məlumat verilib. Görkəmli alimin Ukraynanın İrpen şəhərində Zərifə Əliyeva adına Dostluq parkında ucaldılmış abidəsi önünə çiçək dəstələri qoyulub.Mərasimdə Ukrayna Azərbaycan Gəncləri İttifaqının nümayəndələri də iştirak ediblər. Qeyd olunub ki, İrpendəki küçələrdən biri dünya şöhrətli oftalmoloqun adını daşıyır. Şəhər məktəblərindən də birinə onun adı verilib. Zərifə Əliyeva keçmiş SSRİ-də Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüş ilk alim qadındır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB