Nazir ATƏT-in nümayəndəsini qəbul edib

Nazir ATƏT-in nümayəndəsini qəbul edib

Bu gün Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul edib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə