Yeni Azərbaycan Partiyası Sədrinin müavini–İcra katibi Əli Əhmədov Qusar rayonunda Partiyanın fəalları ilə görüşüb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov deyib ki, rayon üzrə təşkilatın üzvləri 5000 nəfərə çatıb. Onlardan 2000-dən çoxu gənc, bir o qədəri isə qadındır. Ərazi ilk təşkilatının sayı 96-ya qədər artıb. YAP Mərkəzi Aparatı tərəfindən bir sıra əhəmiyyətli tədbirlər keçirilib. YAP Qusar rayon təşkilatı fəaliyyətini gücləndirmək məqsədilə təşkilatın maliyyə durumunu yaxşılaşdırmağı qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Ulu Öndərin doğum günü ərəfəsində müxtəlif tədbirlərin təşkilat tərəfindən hazırlanıb həyata keçirilməsi artıq ənənə halını alıb.
Natiq vurğulayıb ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və dövlətimizin ictimai-siyasi həyatında ən mühüm faktorlardan birinə çevrilib.
Sonra görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini–İcra katibi Əli Əhmədov ilk olaraq YAP Qusar rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək deyib ki, rayon təşkilatı partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töfhələrini verməkdədir. Daha sonra Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir. Eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq daim fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb. 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olu. Bütün bunların hamısı isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
Rayon İcra hakimiyyətinin başçısı Şair Alxasov bildirib ki, Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi-sosial siyasət nəticəsində Azərbaycanın hər bir regionunda olduğu kimi, Qusar rayonunun həyatında da əsaslı dəyişikliklər, köklü inkişaf müşahidə olunmaqdadır. Ona görə də qusarlılar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlıqlarını ifadə edir.
Emin Kərimov, Qusar-Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB