YAP Qaradağ və Lənkəran Gənclər Birlikləri Lənkəranda görüş keçirib

YAP Qaradağ və Lənkəran Gənclər Birlikləri Lənkəranda görüş keçirib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı Gənclər Birliyinin bir qrup fəalı Lənkəranda olub. SİA-nın verdiyi məlumata görə, YAP Lənkəran şəhər təşkilarının Gənclər Birliyinin fəalları ilə görüş keçirilib.

Daha sonra gənclər Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində olublar. Mərkəzdə Ulu öndərin büstü ziyarət edilib, önünə tər çiçəklər düzülüb. Bundan sonra "Palıdlı Sahil" hotelində gənclərin konfransı keçirilib. Konfransda Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli iştirak edib.

YAP Qaradağ və YAP Lənkəran Gənclər Birliynin fəalları ilə keçirilən konfransada çıxış edən Hadı Rəcəbli Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı siyası qüvvəsi olduğunu gənclərin diqqətinə çatdırıb. Hadı Rəcəbli eyni zamanda YAP gənclər siyasətinin dövlət siyasətinin tərkib hissəsi olduğunu deyib.

Konfransada YAP Qaradağ Gənclər Birliyinin üzvləri təmsil etdikləri rayon haqqında siyasi həmfikirlərinə ətraflı məlumat verib, qarşıda dayanan vəzifələrin nədən ibarət olması barədə onlara məlumat veriblər. Konfrans daha sonra qarşılıqlı fikir mübadiləsi əsasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə