ARDNŞ 8400-ə yaxın ağac əkib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin iştirakı ilə şirkətin bütün idarə və müəssisələrində genişmiqyaslı iməclik keçirilib, ağaclar əkilib, abadlıq işləri aparılıb. SİA-nın məlumatına görə, "Azneft" İB-nin qaz istisamr sahələrinin, "Azərikimya" İB-nin zavodlarının, Kompleks Qazma İşləri Trestinin qazma idarələrinin, "Neftqaztikinti" Trestinin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun və s. kollektivləri aksiyada fəal iştirak ediblər.

Şirkətin 18 minə yaxın işçisinin qatıldığı iməclikdə ümumilikdə təxminən 8400 ağac və gül kolu əkilib, böyük abadlıq işləri aparılıb.

Əkilən ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - küknar, şam, xan çinarı, söyüd, zeytun, elder şamı, meyvə ağaclarına, eləcə də qızılgül, yasəmən, novruzgülü və dekorativ gül kollarına üstünlük verilib.

ARDNŞ-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, şirkətin digər vitse-prezidentləri, Baş ofisin idarə rəhbərləri Bibiheybətdə neftlə çirklənmədən təmizlənmiş ərazidə olaraq, ekoloji vəziyyətlə maraqlanıb, burada keçirilən iməclikdə ağaclar əkiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə