Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Corc. H.Buşun nəvəsi Corc P.Buş Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər zamanı nəvə Corc Buşun Dünya Azərbaycanlı Gəncləri Təşkilatı ilə birgə təşkil olunan "Gələcəyin Liderləri" panel sessiyasında çıxışı planlaşdırılır.
Qeyd edək ki, mayın 6-8-də Bakıda keçiriləcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən həyata keçirilir. Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB