Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda xidmət aparan gənc ABŞ diplomatı En Smedinqofun faciəvi ölümü ilə bağlı bu ölkənin dövlət katibi Con Kerriyə başsağlığı məktubu ünvanlayıb. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məktubda nazir Elmar Məmmədyarov hər bir diplomatın dünyada sülh və sabitliyin təşviq olunmasında vasitəçi olduğunu vurğulamış və həyatını itirən ABŞ diplomatının ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB