Prezident nazir müavinini qəbul edib

Prezident nazir müavinini qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu vurğulayan Slovakiya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ötən dövr ərzində ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumunun önəmini qeyd edən qonaq bu tədbirin keçirilməsi münasibətilə dövlət başçısını təbrik edib.

Dövlət başçısı Miroslav Layçakın Azərbaycana vaxtaşırı səfərlərini ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumuna toxunan Prezident İlham Əliyev tədbirin uğurlu olacağına və Forumun ənənəvi xarakter alacağına əminliyini bildirib.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə