Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, söhbət zamanı Dağlıq Qarabağ konfliktinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir S. Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağın diqqətinə çatdırıb.
Nazir təəssüflə bildirib ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumların gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir.
Görüş zamanı Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək üçün Kobieratiskinin verdiyi sualı S.Əbiyev belə cavablandırıb: "Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunun üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB