“Heydər Əliyevin çörəyini yeyib kişi olanlar indi onun qurduğu siyasətin əksinə gedirlər” MÜSAHİBƏ

Xalq onların dediklərini “milçək vızıltısı” kimi qəbul edir
“Heydər Əliyevin çörəyini yeyib kişi olanlar indi onun qurduğu siyasətin əksinə gedirlər” MÜSAHİBƏ

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin SİA-ya müsahibəsi:

- Son zamanlar müxalifətdə müxtəlif bloklar, qurumlar, hərəkatlar yaradılır. Bu formatların əsas yaradıcı müəlliflərin xarici anti- Azərbaycan qüvvələri olduğunu demək olarmı?

- Buna tam blok demək düzgün çıxmazdı, çünki onlar xarici kəşfiyyata çalışan müəyyən insanlardır. Onların da bir araya gəlməsi son zamanlar gündəmdədir. Blok anlayışı isə geniş məfhumdur. Vaxtı ilə xarici təşkilatlara çalışanlar hazırda fəal şəkildə çıxış edirlər. Siyasi baxımdan ayıq olan insanların hesabına Azərbaycanda bu provakasiya alınmır. Onların Azərbaycan xalqına qarşı aqresiv olmaqlarının səbəblərini hələ də başa düşə bilmirəm. Axı niyə belə edirlər?! Təəssüflər olsun ki, onların təlimatları heç öz ailələrində də keçmir. Hər halda etiraf edək ki, Azərbaycanda ölkənin gələcəyini düşünən ləyaqətli insanlar var. Həmin insanlar da aqresiv kəslərə imkan verməyəcək. Ulu Öndər Heydər Əliyevin çörəyini yeyib kişi olanlar indi onun qurduğu siyasətin əksinə gedirlər. O zaman da ortaya bir sual çıxır, əgər 9 il ərzində belə nöqsanlar var idisə, niyə vaxtında açıb demirdin? Nəzər yetirmiş olsaq, həmin insanların əksəriyyətinin xaricdə evləri var. Bütün bu olanları Azərbaycan xalqına çatdıranda onların dediklərini "milçək vızıltısı" kimi qəbul edirlər. Bizim partiyamızdan başqa həmin satqınların adını deyən heç kim yoxdur. Azərbaycanın milli maraqları naminə həyatımızı qurban verməyə belə hazırıq.

- Müxalifətdən bir neçə namizəd seçkilərə hazırlaşır. Sizcə, bu onların daxilində parçalanmanın olduğunu göstərmirmi?

- Hər kəs özünə müxalifətçi adlandırır. Biri var xarici kəşfiyyata çalışan müxalifətlər, hansı ki, Əli kərimli, İsa Qəmbər bu sıraya daxildir. İndi kim blok yaradır? Əli Kərimli ilə İsa Qəmbər onsuz da bir yerdə idilər. Atasını boğub öldürən birini bu gün Azərbaycan xalqının içərisinə necə buraxmaq olar?! Onlar sadəcə, Azərbaycan xalqının çörəyinə bayis olanlardır. Ölkəmiz hər sahədə sürətlə inkişaf edir. Hər ölkədə rüşvətxorluq var. Cənab president İlham Əliyev də keçirdiyi müşavirədə bu haqda geniş danışdı və lazım olan bütün göstərişini müvafiq qurumlara verdi. Bütün bu inkişafı İsa Qəmbərin kor eynəyindən görmək elə özü böyük korluqdur. Onların yaratdığı birliklər sadəcə, 5-6 nəfər qohumdan ibarətdir. Xüsusi olaraq vurğulamaq istərdim ki, prezidentimiz olduqca demokratik bir insandır.

Bütün xəbərlər Facebook səhifəmizdə