Nazir Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncını qəbul edib. Bu barədə SİA-ya XİN-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Baş katib Halil Akıncı nazir Elmar Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqqında ətraflı məlumat verib. Azərbaycan ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında əməkdaşlıq perspektivləri müzakirə edilmiş və Şuranın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB