Elmar Məmmədyarov Braziliya səfirini qəbul edib

Elmar Məmmədyarov Braziliya səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN mətbuat xidmətindənSIA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin son illər inkişaf etməsindən məmnunluq ifadə edilib və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında siyasi münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib. Görüşdə həmçinin, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi barədə razılıq əldə edilib. Nazir səfir Sergio de Souza Fontesə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə