"İbrahim İbrahimli əxlaqına uyğun hərəkət etdi"

"İbrahim İbrahimli əxlaqına uyğun hərəkət etdi"

"Bu gün Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirilirdi. Konfransda jurnalist kimi iştirak etmək üçün ora getdim. Qeyd edim ki, tədbirə bir az tez getmişdim. Ona görə də vaxtı keçirmək üçün Müsavatın qərargahının yaxınlığında yerləşən kafedə əyləşib çay sifariş verdim". Bu fikirləri SİA-ya açıqlamasında "Səs" qəzetinin müxbiri Samir Feyruzov İbrahim İbrahimov tərəfindən təhqirlərə məruz qalmasına aydınlıq gətirərkən deyib.

"Səs" qəzetinin əməkdaşı bildirib ki, təxminən 10-15 dəqiqədən sonra kafeyə İbrahim İbrahimli və yanında 2 nəfər daxil oldular: "Onlar mənim jurnalist olduğumu bildiyi üçün öz masalarına dəvət etdilər. Daha doğrusu Seyid adlı müsavatçı çox hörmət və ehtiramla məni çay iməyə təkidlə dəvət elədi. Mən etiraz etmədim və onların masalarına əyləşməli oldum. Seyid çox mədəni insan olsa da İbrahim İbrahimli çox aqressiv şəkildə məndən hansı mətbu orqanın işçisi olduğumu soruşdu. Mən SİA-nın və "Səs" qəzetinin əməkdaşı olduğumu dedim. O dərhal başladı məni təhqir eləməyə. İlk sözü bu oldu: "Sən kimsən ki, mən səninlə bir masada oturum, ümumiyyətlə, "Səs"-in əməkdaşının burda nə işi var?".

Daha sonra məni aşağılamaq üçün yanındakılara dedi ki, bunu niyə çağırmısız, bunun mətbuat konfransında nə işi var, "Səs"-i tanımıram, tanımaq istəmirəm. "Səs" hakimiyyətin casusudur və sairə. Bu sözləri deyəndən sonra qarşımızdakı masanı itələyərək çıxıb getdi. İki dəqiqə sonra yenə də gələrək mənim masadan getməyimi tələb etdi. Mən də yaşına hörmət qoyduğum üçün masadan durub getdim".

Müxbir İbrahim İbrahimliyə bəzi məqamları da xatırlatdığını deyib: "Ona dedim ki, necə olur ki, müxalifət qəzetlərinin müxbirləri Azərbaycan hakimiyyətində təmsil olunanları təhqir edir, onların ailə üzvləri haqqında şantaj xarakterli materiallar verir, hakimiyyət isə bütün bunlara dözümlə yanaşır. Heç kim asılıb-kəsilmir, nə də kimsə müxalifətçidir deyə masadan təhqir olunub qovulmur. Amma mən sadəcə, "Səs"-in əməkdaşı olduğum üçün təhqirlərə məruz qalıram. Belə çıxır ki, əgər müxalifəti tənqid etsəydim onda məni orda öldürərdilər. Bu bir daha müxalifətin azad sözə sayqısını göstərir. İbrahim İbrahimlinin simasında bir daha sübut olundu ki, müxalifət onu tənqid edənləri bağışlamır. Daim jurnalistin hüquqlarından və demokratiyadan danışan müxalifət bir jurnalistə qarşı bu sayaq reaksiya göstərirsə, buna nə ad vermək olar.!? Halbuki özlərinin gözünə çöp düşən kimi tumanlarını başlarına atıb Avropa Məhkəməsinə qədər yazırlar. İbrahim İbrahimli əxlaqına uyğun hərəkət etdi, amma bu onun yaşına heç yaraşmır".

Bütün xəbərlər Facebook səhifəmizdə