Baş nazirin müavini: “Dünyanın 70 ölkəsi ilə vizasız rejim yaradılıb
Qırğızıstanda insan resurslarının, qızıl ehtiyatlarının və böyük su resurslarının istifadə olunmamış böyük potensialı mövcuddur. SİA-ya verilən məlumata görə, bunu , "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu) çıxışı zamanı Qırğızıstan baş nazirinin birinci müavini Comart Otorbayev deyib.
C.Otorbayevin sözlərinə görə, ötən il respublika ilk dəfə Çinlə magistral yolu işə salıb və tranzit ölkə olub: "Çin regionumuza böyük imkanlar gətirir və biz keçmiş SSRİ respublikalarının Çinlə əlaqələr qurmalarını istərdik".
Baş nazirin birinci müavini bildirib ki, Qırğızıstan bu gün artıq Çinlə əməkdaşlıq edir, Rusiya və Belarusla əlaqələr qurulub, dünyanın 70 ölkəsi ilə vizasız rejim yaradılıb, amma respublika böyük bazarlara çıxmağa köklənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB