Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin forumu çox böyük məna kəsb edir. Bu sözləri açıqlamasında "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyi forumunun rusiyalı iştirakçısı Anna Xan deyib.
A.Xan forumda liderlik qabiliyyəti, həmçinin digər aktual məsələlərlə bağlı müzakirələr aparıldığını bildirib: "Liderlik qabiliyyəti vacib məsələdir. Forumda bu aktual məsələlərlə bağlı geniş fikir mübadiləsi aparmaq imkanı qazandıq. Mən Azərbaycanda ilk dəfədir ki, oluram. Azərbaycan maraqlı və gözəldir. Buradan vətənimə döndükdən sonra yenə də Azərbaycana qayıtmaq istəyəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB