“Kulturologiya və milli inkişaf”

“Kulturologiya və milli inkişaf”

Bu gün Qərb universitetində "Kulturologiya və milli inkişaf" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda professor, kulturoloq Fuad Məmmədov, şair, dramaturq Nəriman Həsənzadə, Kubanın Azərbaycandakı səfiri Omar Medina Kinteron və digər qonaqlar iştirak edib.

Seminarda çıxış edən professor Fuad Məmmədov bildirib ki, dünya parktikası göstərir ki, Kulturologiyanın çox böyük strateji əhəmiyyəti vardır: "Kadların hazırlanması, dövlətdə düzgün məqsədlərin qoyulması, prioritetlərin seçilməsi, insan və beynəlxalq münasibətlərin formalaşması və s. üçün kulturologiya müstəsna keyfiyyətlərə malikdir. Məlumdur ki, cəmiyyəti ancaq mədəniyyət xilas edir. Məhz buna görə də biz çalışırıq ki. bu mədəniyyəti qoruyaq və inkişaf etdirək".

Şair, dramaturq Nəriman Həsənzadə isə deyib ki, Kulturologiya insanın və bəşəriyyətin yaradıcı həyatı və fəaliyyəti haqqında elmdir.O, insanın həyat fəaliyyətinin mahiyyət, xüsusiyyət, tarixi nailiyyəti, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlıarını aşkarlayır: "O, idakın elə bir çoxpilləli piramidasıdır ki, onun pillələrini qalxarkən, insan tədricən xüsusi elmi biliklərə titələndikcə, bu gününü pozitiv idarə etmək, dəyişmək, daha yaxşı gələcək qurmaq qabiliyyətlərini dəfələrlə artırıb müdrikliyə yaxınlaşır. O, yaradıcı insanın həyat fəaliyyətinin minilliklərlə davam edən vəhşilik, barbarlıq və sivilləşmə dövrü ərzində topladığı yaradıcı həyat təcrübəsini, təşəkkül, təkamül və inkişafı, onun ideologiya, nailiyyət və vasitələrini əks etdirən həm xüsusi tarixi, həm də nəzəri biliklərin elmi ümumiləşdirilməsidir".

Seminarın sonunda üç nəfər yubiliyara fəaliyyətlərində göstərdikləri xidmətlərinə görə, mükafatlar təqdim olunub. Bir nəfər isə Simurq mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə