Asiya Qadınlarının Bakı Bəyanatının qəbul olunmasında 29 siyasi partiyanın nümayəndəsi iştirak edib. Müzakirələr bir neçə istiqamətdə aparılıb. SİA-nın verdiyi xəbərə görə, bəyanatı millət vəkili Məlahət İbrahimqızı səsləndirib. Bəyanatda qeyd olunur ki, İCAPP Qadınlar Qolu regionun fəal qadınlarını birləşdirərək problemlərin həllində iştirak edəcəklər. Eyni zamanda bütün Asiyanı birləşdirən bir bankın yaradılması nəzərə alınıb. Bu bank vasitəsi ilə işgüzar qadınlara kiçik həcmdə (500 min dollar) kreditlərin verilməsi planlaşdırılır. Bu vəsait vasitəsi ilə qadınlar yoxsulluqun azadılmasına öz töhfələrini vermiş olacaqlar. Eyni zamanda İCAPP Qadınlar qolu sülh danışıqlarının aparılmasında, Asiyada olan münaqişələrin həllinə komək edə bilərik. Bəyanatda qeyd olunub ki, Seulda 2013 xüsusi qadınlar konfransı keçirilsin.
Qeyd edək ki, Bakı Bəyanatında bir nümayəndənin narazılığı ilə "Cənub-Şərqi Asiyada olan münaqişələrin həllinə də öz töhfəmizi də verəcəyik" cümləsi cıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB