Sahibə Qafarova: “Qadınlar regional konfliktlərin həllində iştirak etməlidir”
Qadınların regional inteqrasiyada rolu çox böyükdür. Hesab edirəm ki, Qadınlar bu istiqamətdə fəallıq nümayiş etdirməlidirlər. SİA-nın verdiyi xəbərə görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 1-ci iclasında millət vəkili Sahibə Qafarov deyib.
Onun sözlərinə görə, tədbirdə təmsil olunan qadınlar çalışmalıdır ki, beynəlxalq qanunlarda xüsusi subyekt kimi qadınla bağlı qanunlar qəbul olunsun: "Doğrudur qadın hüquqlarının bərqərar olunması üçün beynəlxalq aləmdə bir sıra qanunlar qəbul olunub. Bütün qəbul olunan qanunlara baxmayaraq hələ də məişət zorakılığı, gender bərabərliyi ilə bağlı məsələlərdə problemlər qalmaqdadır. Bu kimi tədbirlər vasitəsi ilə səylərimizi birləşdirərək problemləri həll etməyə çalışmalıyıq. Hesab edirəm ki, qadınlara fəaliyyət üçün daha böyük sferalar verilməlidir. Azərbaycan hökuməti qadınlarla bağlı beynəlxalq konvensiyaları dəstəkləyir. Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixi nailiyyətlər əldə edib. BMT-nin qadına qarşı bütün ayrı seçkilliklərin aradan qaldırılması ilə bağlı konvensiyanı dəstəkləyib. Azərbaycanda Gender bərabərliyi üzrə komitə yaradılıb. Qadınlar və kişilər bərabər hüquqlara malikdir. Son vaxtlar Azərbaycanda qadın hüquqlarının təmin olunması istiqamətində əhəmiyyətli dəyişikliklər olub. Qadınlarımıza böyük imkanlar verilib".
Millət vəkili tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, qadınlar bir çox regional konfliktlərin həllində iştirak edə bilər: "Bu kimi konfiliktlərin həllində qadınlar fəal iştirak etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB