Azərbaycanın xaricdəki diplomatik korpuslarında yeni vəzifələr təsis edildi. SİA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edilib.
Qanun layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov məlumat verib.
Qanun layihəsində Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səfir müavini vəzifəsinin yaradılmasını, səfir müavininin baş konsulun statusu ilə eyniləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, səfir müavini, daimi nümayndənin müavini və baş konsul təyin edilmiş şəxslər üçün xaricdə fasiləsiz iş müddəti 4 il müddətində müəyyənləşdirilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB