İclasın ikinci hissəsi davam edir YENİLƏNİR

İclasın ikinci hissəsi davam edir YENİLƏNİR

"Qadınlar bütün dünyada hörmətlə qarşılanırlar. Ancaq qadınlar öz ağıları nəticəsində siyasi aləmə daxil olublar". SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Nepalın keçmiş xarici işlər naziri Sujata Koriala Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 1-ci iclasında səsləndirib.

Onun sözlərinə görə, bu gün dünya qadınları məşğulluq və bu kimi problemlərin həlli ilə məşğul olurlar: "Bütün cəbhələrdə qadınlarımızın gücləndirilməsində işlər aparılmalıdır. Biz gərək siyasi-iqtisadi əlaqələrin qurulması üçün işlər aparaq. İnsan alveri dünyada çətin bir problem olaraq qalır. Bu kimi problemlərlə qadınlarımız hər yerdə qarşılaşırlar. Hesab edirəm ki, qadına qarşı zorakılığa son qoyulmalıdır.Çünki qadınlar heç kimə ehtiyac duymadan yaşaya bilirlər".

Çıxış edən koreyalı deputat Park in Suk isə bildirdi ki, Gender məsələləri dünyada mühüm problemlərdən biri olaraq qalır: "Bu gün bu tarixi günü Bakıda yaşamaq qürurvericidir. Dünyada qadına qarşı zorakılıq onların bütün fəaliyyətlərinə kölgə salır. Bu gün Koreya ÜDM-un həcminə görə, 15-cidir. Buna baxmayaraq Koreyada hamiləlik və digər məsələrə görə qadınların işə götürülməsində maneələr var.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva isə bildirdi ki, İCAPP Qadınlar qolunun 1-ci iclasının Bakıda keçirilməsinə təsadüfi baxılmamalıdır: "Azərbaycan demokratiyanın möhkəmləndirilməsi yönünüdə bir çox nailiyyətlərə yiyələnib. Bu gün dünya bu fəaliyyətə yüksək qiymət verir. Dünyanın hər hansı bir yerində yaşamasından asılı olmayaraq qadınları bir istək, amal birləşdirir. Bu qadının övladını xoşbəxt böyütməsidir. YAP-ın yarandığı ilk dövrdən partiyamızın qadınları Heydər Əliyevin qurtuluş konsepsiyasını qəbul edib. 1995-ci ildə YAP Qadınlar Şurası yaradılıb. Qadınlarımız cəmiyyətimizin inkişafında qadının rolunu möhkəmləndirmək məqsədi ilə bir araya gəliblər. Qadınlarımız ölkədə baş tutan tədbirlərdə fəal iştirak edir. Azərbaycan qadını qarşıdan gələn prezident seçkilərinə ciddi şəkildə hazırlaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə