Əli Əhmədov: “Tədbirin keçirilməsi qadınların ictimai-siyasi həyatda daha yaxından təşviq edilməsi məqsədi güdür”
"Bakı şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının iclası keçirilərkən Yeni Azərbaycan Partiyası bu qurumun Qadınlar Təşkilatının yaradılması haqqında təşəbbüs irəli sürüb. Məmnunluq hissi ilə qeyde etmək istəyirəm ki, VII Assambleya YAP tərəfindən irəli sürülən təşəbbüsü dəstəklədi. Bu qurumun ilk toplantısının Bakıda keçirilməsi haqqında qərar qəbul olundu". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında YAP-ın icra katibi Əli Əhmədov deyib.
Onun sözlərinə görə, tədbirin Bakıda keçirilməsi tarixi hadisədir: "Bu, bütövlükdə Azərbaycanın Asiya Siyasi Partiyalarının Qadınlar qolunun yaranmasına verdiyi töhfədir. Hesab edirik ki, qadınların cəmiyyətdə ictimia-siyasi həyatda rolunun daha da artırılmasına böyük ehtiyac var. Sürətlə inkişaf edən Asiya regionun siyasi-ictimai həyatında qadınların iştirakına böyük ehiyac var. Hesab edirəm ki, belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın dünyada, xüsusilə Asiya regionunda təbliğ edilməsi istiqamətində də atılan addım kimi qiymətlədirilməlidir. Eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq dəstəyin qazanılması istiqamətində də belə tədbirlərin xüsusi rolu var. Tədbirdə 23 ölkədən 60-dan çox qadın nümayəndə iştirak edir. Onlar təmsil olunduqları ölkələrin ictimai və siyasi həyatında yüksək fəallığı ilə seçilən qadınlardır".
Ə.Əhmədov bildirdi ki, bu kimi tədbirlərin keçirilməsi qadınların ictimai-siyasi həyatada daha yaxından təşviq edilməsi məqsədi güdür: "Bu bizim qarşıya qoyduğumuz çox vacib məsələlərdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB