Siyavuş Novruzov: “Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-də həll olunmalıdır”
ATƏT-in Minsk qrupunun fəaliyyəti cənab prezident İlham Əliyevin dediyi kimi, effeksizdir. Ölkə başçısı da hesab edir ki, Minsk qrupunun fəaliyyəti heç bir effekt vermir. Ona görə də onların regiona səfərlərin heç bir mənası yoxdur. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ATƏT-in Mİnsk qrupunun fəaliyyətinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ATƏT-in Mİnsk qrupunun fəaliyyəti sadəcə olaraq görüntü xarakteri daşıyır.
YAP icra katibinin müavini hesab edir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini BMT çərçivəsində həyata keçirməlidir: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasında bununla bağlı məsələni qaldırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB