"Türkiyənin Azərbaycanla müxtəlif sahələrdəki fəaliyyətləri və digər dövlətlərdən daha çox fəallıq nümayiş etdirməsi təbiidir". Bunu SİA-ya Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Onun sözlərinə görə, Türkiyənin Azərbaycanla münasibətləri digər ölkələrlə müqayisə oluna bilməz.
"Turizm sektoru həm Türkiyədə, həm də Azərbaycanda güclü inkişaf edən bir sahədir. Biz "AITF 2013" Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" sərgisi vasitəsi ilə Türkiyədən vətəndaşlarımızın Azərbaycana gəlməsini, həm də azərbaycanlıların daha çox Türkiyəyə getməsini istəyirik. Eyni zamanda, turizm sahəsini ortaq işbirliyi üçün mühüm bir sahə kimi görürük. Bu sərgidə Türkiyənin geniş tərkibdə təmsil olunması təbiidir",- deyə səfir fikirlərinə əlavə edib.
Səfir həmçinin sərgidə nümayiş olunan stendlər haqqında da məlumat verib: "Bu il fərqli bir sərgi təşkil etmişik. Türkiyənin bölgələrindən ibarət stendlər hazırlamışıq. Bu stendlərdə Türkiyəni bütünlüklə təbliğ edirik. Eyni zamanda, bölgələrimizin gözəlliklərini nümayiş etdiririk. Bunu etmək üçün həmin bölgələrin təmsilçiləri Azərbaycandadır. Bu stendlərdə həm bölgələrin təbbi gözəlliklərini, həm də bölgələrimiz haqqında məlumat almaq istəyən insanlara informasiya çatdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB