ABŞ-ın daha bir ştatı Xocalı Soyqırımını tanıyıb. SİA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir ki, 3 aprel 2013-cü il tarixində ABŞ-ın Qərbi Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib. Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələrinin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir.
Həmçinin qətnamədə Xocalı faciəsinin beynəlxalq təşkilatlar tərəfindən adət hüququnun kobud şəkildə pozulduğu dəhşətli faciə kimi qiymətləndirildiyi əks olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB