Zahid Oruc: ““Beyin xəritəsi”ni hazırlamaq elə də asan olmayacaq”

Zahid Oruc: ““Beyin xəritəsi”ni hazırlamaq elə də asan olmayacaq”

Barak Obama strateji bir təşəbbüslə çıxış edərək onun gerçəkləşməsinə büdcədən 100 milyon dolların ayrılmasına dair Konqres üzvlərinə müraciət edib. Söhbət insan beynlərinin öyrənilməsindən gedir. Bu fikirləri millət vəkili Zahid Oruc sosial şəbəkədəki səhifəsində yazıb.

O, bildirib ki, Amerika prezidentinin təklifini sadə dilə çevirsək, söhbət ondan gedir ki, dünyanı öyrənən və yeni qitələr kəşf edən insanən özü daha mürəkkəb qalaktika sayıla bilər: "Bəşəriyyət uzaq məsafələrdəki atomların ən kiçik zərrəciklərini öyrənməyə milyon illərini xərcləsə də çox kiçik çəkili beyinlərin sirlərini müəyyənləşdirməyə bütün potensiallarını sərf etməyib. Halbuki, kainatı geniş miqyasda fəth edən ali məxluqlar onların istismarını görünməmiş bir miqyasa çatdırıblar, lakin özlərini sağalmaz xəstəliklərdən də azad edə bilməyiblər. Məsələn, parkinson, altsqeymer və başqa beyin hüceyrələriinin bəlalarını dəf etmək milyardlarla insanın həyatını köklü şəkildə dəyişərdi. Lakin belə qlobal ideyaların reallaşması nə qədər tibbi-bioloji məna dayışıyırsa, bir o qədər də siyasi məqsəd kəsb edir. Sizə nə Leninin, nə Stalinin, nə də ki, antik dövrə aid olan tarixin qafasını öyrənmək mümkün olmayacaqdır. Çünki, bu insanın klonlaşdırılması avantürasına cəhd olardı. Son 20 ilin kino sənayesinin nailiyyətlərinə də nəzər yetirməyiniz yaxşı olar. Memlər, beyinlərin yuyulması və superinsanın yetişdirilməsinə xidmət edən laboratoriyalar canlı aləmi mənəvi və siyasi cəhətdən məhv etməyin böyük və təhlükəli arsenalını yaradıb. İndi kəşfiyyat mərkəzlərinin qovluqlarında yüz minlərlə beyinin incəlikləri yatır. Sosial medianı da insan psixikasının və intellektinin tomoqrafiyası adlandırmaq olar. Deməli, dünyanın su və quru əraziləri kimi adamların "beyin xəritəsi"ni hazırlamaq elə də asan olmayacaq. Çünki onun miqyasını bəzən mikrometrlə, bəzənsə kilometrlərlə hesablamaq gərək olacaqdır!".

Bütün xəbərlər Facebook səhifəmizdə