Əkbər Qoşalı: “Azərbaycan gəncliyi sağlam təfəkkürə malik gənclikdir”

Əkbər Qoşalı: “Azərbaycan gəncliyi sağlam təfəkkürə malik gənclikdir”

"Mən vaxtikən dövlət gənclər siyasətini həyata keçirən mərkəzi İcra hakimiyyəti orqanında, Gənclər və İdman Nazirliyində uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşam. Fəaliyyətdə olduğum dövrdə gənclər təşkilatlarının quruculuğunda, eləcə də hərbi xidmətdə zabit kimi qulluq edən gənclərlə görüşlər keçirmişəm. Təvazökarlıqdan uzaq olsa da mən özümü Azərbaycan gənclərinin əhval-ruhiyyəsini, yönünü-yöndəmi az-çox bilənlərdən biri hesab edirəm". Bunu SİA-ya Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı Əkbər Qoşalı AXCP sədri Əli Kərimlinin sosial şəbəkələr vasitəsilə gənclərə etdiyi müraciətə münasibət bildirərkən deyib.

Ə.Qoşalı bildirib ki, o halda ki, gənclərə müracət effektli ola bilər ki o ölkədə gənclərlə bağlı dövlət gənclər siyasəti olmasın, ölkə başçısı cənab İlham Əliyevin bu işə diqqəti, qayğısı və s. hiss olunmasın: "Bu mənada hesab edirəm ki, Ə.Kərimli və digərlərinin gənclərə müraciəti hansı effekti verə bilər axı? Azərbaycan gəncliyi sağlam təfəkkürə malik gənclikdir. Təbii ki, hər bir qrupun, yaşın özünəməxsus xüsusiyyətləri vardır. Hesab edirəm ki, ölkə gəncliyi bundan sonra da heç nəyə əhəmiyyət verməyib, cənab prezidentin atdığı addımlarla irəliyə doğru addımlayaraq, dövlətimizin çiçəklənməsi yolunda öz sözünü deyəcək. Mən hansısa siyasi partiya liderinin və hansısa xarici ölkənin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq mandatlı qeyri-hökümət təşkilatının və s. ölkə gənclərinə yönəlik proqramından, çıxışından, bəyanatından narahat olmayan insanlardan biriyəm. Bilirəm ki, Azərbaycan gəncliyi özünün dövlətçilik təfəkkürü, vətənə bağlılığı ilə seçilən gənclikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə